İstənilən gənc mütəxəssis üçün peşəkar karyera yoluna başlamaq çətindir. Komandada işləmək, tapşırıqları yerinə yetirmək, nəticəyə diqqət yetirmək kimi bacarıqlar anadangəlmə verilməyən bacarıqlar siyahısında deyil. Üstəlik, bu bacarıqlara yiyələnmək üçün sizə kifayət qədər vaxt lazımdır. Uyğunlaşma sürətindən çox şey asılı olacaq, ancaq özünüzə kömək edə bilərsiniz. Əslində biz saytımızda bu sahə ilə bağlı bir çox məqalələr hazırlamışıq, misal olaraq “Sınaq dövrün neçə keçirmək lazımdır?” başlıqlı məqaləmiz əslində sınaq dövründə nə edilməsi gərəkdiyi barədə əhatəli məlumatlar təqdim edir. Bu məqaləmizdə isə biz ilk işyeri barədə faydalı məsləhətlər və şirkətdəki ilk aylarınızı asanlaşdıracaq tövsiyyələrdən ibarət məqalə hazırlamışıq.
Soruşmaqdan çəkinməyin
Adətən şirkətə yeni işçi gələndə səriştəsiz görünməkdən, axmaq suallar verməkdən qorxur. O, öz təcrübəsini göstərmək üçün tapşırıqların öhdəsindən gəlmək üçün əlindən gələni edəcək. Bir tərəfdən bu düzgün yanaşmadır, digər tərəfdən səhv etmək ehtimalı yüksəkdir. Həmkarlarınıza və rəhbərliyə suallar verməkdən çəkinməyin. Onlar öz növbəsində bunu başa düşmək və işə can qoymaq istəyi kimi qəbul edəcəklər.
Təşəbbüs göstərin
Cəsarətli olun və məsuliyyəti öz üzərinizə götürməkdən qorxmayın. Fikrinizi inamla ifadə edin, işi yaxşılaşdırmağa kömək edəcək müxtəlif həllər, yeni ideyalar və üsullar təklif edin. Beyin fırtınası sessiyalarında və müzakirələrdə iştirak edin, unutmayın rəyləriniz vacibdir və faydalı ola bilər. İşinizdə maraqlı olduğunuzu və ümumi məqsədlərə doğru işləməyə hazır olduğunuzu göstərin.
E-poçtlara vaxtında cavab verin
Bəlkə də tələbəlik illərində elektron məktublara rast gəlməmisiniz, işgüzar yazışmalar aparmırsınız. Peşəkar dünyada e-poçt yazışmalarına məsuliyyətlə yanaşırlar: işlə bağlı bir çox məsələlər e-poçtda həll olunur, tapşırıqlar əlaqələndirilir, problemlər həll olunur. Buna görə də bir mesajı belə gözdən qaçırmamaq və hər kəsə vaxtında cavab vermək vacibdir. İcazə verilən vaxt 24 saatdır, lakin nə qədər tez cavab versəniz, bir o qədər yaxşıdır.
Şəbəkə qurmağı unutmayın
Həmkarlarınızla daha çox ünsiyyət qurun, korporativ tədbirlərdə iştirak edin və öz sahənizdən olan insanları tanıyın. Yeni əlaqələr həm şirkətdəki iş problemlərini həll etmək üçün, həm də gələcəkdə öz layihələriniz üzərində işləyərkən sizə faydalı olacaq.
Bütün nailiyyətlərinizi qeyd edin
Etdiyiniz hər şeyi izləyin – elektron cədvəllər hazırlayın, məqalələr yazın, satış nüsxəsi, yığıncaqlarda və beyin fırtınasında iştirak edin – hətta ən kiçik tapşırıqlar da vacibdir. Faylları ayrı bir qovluqda saxlayın. Lazım gələrsə, görülən işlər haqqında hesabatı hər an menecerinizə təqdim etməyə hazır saxlayın.
Həmişə peşəkar davranın
Məsuliyyətli, nəzakətli və mehriban olun, işə gecikməyin, işgüzar üslubda geyinin. Bir neçə ildən sonra harada olmaq istədiyinizi təsəvvür edin və elə indidən buna uyğun davranmağa başlayın.
Peşəkar inkişaf strategiyasını hazırlamaq üçün bununla bağlı yerləşdirdiyimiz məqaləyə göz atın: “ŞƏXSİ İNKİŞAF STRATEGİYANIZ”
Sınaq dövrün necə keçirmək lazım olduğun. Bu məqalədə isə sınaq dövründə qarşılaşa biləcəyiniz məsələlər həll yollarını öyrənəcəksiniz.
Hələ iş təcrübəsi olmayanlar üçün beş məsləhət. Güclü tərəflərinizi əvvəlcədən qiymətləndirin. Bugünkü iş bazarında real olaraq nə qədər dəyərli ola biləcəyinizi öyrənin.
Bir işçi kimi dəyərin nədir?. Bu gün nə qədər dəyərlisən? Artıq ilk müsahibəniz olub? Peşəkar inkişaf üçün strategiyanız nədir? bu kimi suallara detallı və əsaslandırılmış cavab alın.
Ümid edirik ki, məqalə faydalı oldu şərd yazıb qiymətləndirmə edərək dəstək olmağınızı xahiş edirik. Şəxsi inkişaf kursları ilə bağlı bizə müraciət edə bilərsiz.