4 əsas səbəbləri Sizinlə bölüşəcəyik.
Şəxsi strategiya olmadan karyerada uğur qazanmaq daha çətindir – cavab sadədir: konkret plan olmadan insanın inkişaf trayektoriyası ondan yox, təsadüfi şəraitdən daha çox asılı olur. Mütəxəssis axınla gedir, hərəkətinə nəzarət etmir, ancaq verilən imkanlarla razılaşır və ya imtina edir, bəzən sadəcə belə bir seçim olmur.
İş və şəxsi inkişaf üçün – son bir il ərzində hansı işləri gördüyünüzü xatırlayın. Bunlardan neçəsi vəzifə öhdəlikləriniz, neçəsi isə prioritetləriniz təşkil edirdi? Alınan siyahı əsasında şəxsi inkişafınızın bir hissəsi olaraq hansı məqsədlərə nail ola bilmisiniz? Xarici şərtlər şəxsi istəkləri üstələyirsə, o zaman şəxsi strategiya hazırlamaq barədə düşünməlisiniz. Bu fəaliyyət planının hər bir peşəkar üçün vacib olmasının 4 əsas səbəbi var.
Səbəb 1. Uzunmüddətli hədəflərin risk qiymətləndirilməsi
Bu o addımdır ki, peşə , təhsil müəssisəsi , karyera yolu seçimi və öz layihənizin başlanmasına qədər bunu etmək vacibdir. Məsələn, “The Wolf of Wall Street” filminə baxdınız və bir müddət sonra ondna ilhamlanıdığınız üçün satış meneceri olmaq qərar verdiniz. Ancaq peşənin xüsusiyyətlərini öyrəndikdən və satış menecerlərinin bir neçə müsahibəsini izlədikdən sonra bəzi satış prosesləri haqqında detallı bilgilərə sahib oldunuz və bu işin o qədər də asan olmadığınız başa düşdünüz. Bundan əlavə, real satışı prosesi filimdə göstərildiyi qədər asan və bir o qədər də əyləncəli deyil.
Səbəb sayı 2. Vaxt və resurslara qənaət edəcək optimal fəaliyyət planı
Məsələn, siz dizayner olmağa qərar verdiniz. Strategiya hazırlayarkən tələb olunan sahələri təhlil etməli olacaqsınız – animasiyalı dizaynını və ya veb dizaynını seçin. Hansı bilik və bacarıqların daha çox qiymətləndirildiyini müəyyənləşdirin, ali təhsil almağa dəyərmi, yoxsa daha tez iş tapmaq üçün təcrübə qazanmaq üçün qrafik dizayn kursları bitirmək kifayətdir.
Səbəb sayı 3. Zərər dərəcəsinin azaldılması
Çox vaxt insanlar az oxuduqlarına və ya səhv seçim etdikləri üçün peşman olsalar belə hər şeyi yenidən başlamalı olurlar. Planlaşdırma bu vəziyyəti dəyişməyə və hər bir addımı əvvəlcədən düşünməyə kömək edir. Əlbəttə ki, səhvlərdən qaçmaq mümkün deyil, lakin hər zaman əlinizdə bir B planı olacaq. Əgər təcrübəniz olmadığı üçün İT sahəsində iş tapa bilmirsinizsə, o zaman başqa yolla gedə bilərsiniz – misal layihədə iştirak etmək, kimi. Məsələn, “ İT Academy ” Layihə İT sahəsində peşəkar icmadan olan insanlarla tanış olmaq bu sahədə təhsil almaq üçün əla şansdır. Qeyd edək ki, layihə üzrə təhsilinizin 90%-ni Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi, Elm və Təhsil nazirliyi və tərəfdaşlar: KOBİA, Baku Steel Company və ADNSU ödəyəcək.
Səbəb sayı 4. Böhranda çıxış yolu tapmaq
Əgər uzun müddətdir ki, bir peşə üzrə fəaliyyət göstərirsinizsə , bir yerdə dayandığınızı və heç bir şəkildə inkişaf etmədiyinizi başa düşürsünüzsə, karyeranız zəifləməkdə və özünü təqdim etməkdə çətinliklər var. Bu halda şəxsi inkişafı strategiyanız sizə özünüzə kəndardan baxmağa kömək edəcək. Özünüzü kənardan nəzərdən keçirərək, keçdiyiniz yolu yenidən düşünün və dəyişikliklərə başlamaq üçün imkanlar tapın – məsələn, bacarıqlarınızı artırmaq üçün kurslar keçin və ya özünüzü yeni bir istiqamətdə sınayın.
Unutmayın ki, karyera yüksəlişi şans deyil, yaxşı düşünülmüş fəaliyyət planı və zəhmətdir.
“Nə üçün “Şəxsi inkişaf strategiyanız” olmalıdır?” 1 rəy