2024-cü ilin yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.
95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.
Sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.
“Bakı Universal Tədris Mərkəzi” olaraq daima xaricdə təhsillə bağlı müraciətlər zamanı konsultasiya keçirərkən bu barədə müraciətçiləri məlumatlandırıb seçim etmələrinə dəstək oluruq. Xaricdə təhsil xidmətlərimizdən yararlanaraq gələcəkdə yaşanacaq problemlərdən azad ola bilərsiniz.