Bildirmək istərdik ki, Sertifikatlaşdırma (latıncadan “sertifico” – təsdiq edirəm) – istehsalçıdan və istehlakçıdan asılı olmayaraq rəsmi orqan tərəfindən məhsulun qoyulmuş tələblərə uyğunluğunun yazılı şəkildə təsdiqi prosedurudur. Mərkəzimizin hər bir tələbəsi istənilən səviyyəli təhsili başa vurduqdan sonra sertifikat ala bilər.

Sertifikat nə üçündür?

Sertifikat tələbənin müəyyən səviyyəli hazırlığı tam başa vurduğunu və müvafiq biliyinə malik olduğunu göstərir.

Sertifikat işəgötürənə işə müraciət edərkən, viza almaq üçün səfirliklərə və ya xarici təhsil müəssisələrinə sənədləri təqdim edərkən verilə bilər.

Bəlkə də kurs bitirmə sertifikatı məqsədinizə çatmaqda əsas amil olacaq. Sertifikatın üstünlüyü ondan ibarətdir ki, siz onu istənilən məktuba (CV və digər sənədlərlə birlikdə) asanlıqla əlavə edə bilərsiniz.

Sertifikatı necə əldə etmək olar?

Tələbə sertifikat əldə etmək istəyirsə, təlimin / kursun sonunda müəlliminə və ya menecerinə məlumat verməli və imtahan tarixini razılaşdırmalıdır. Test nəticələrinə əsasən tələbəyə mərkəzdə tətbiq edilən sertifikasiya dərəcələri üzrə qiymət qoyulur ki, bu da onun keçilmiş səviyyənin materialını necə mənimsədiyini göstərir. Bilik və sertifikat səviyyəsi göstəricilərə əsasən 3 hissəyə bölunür.

Dinləyici sertifikatı : 30-50% nəticə
Müvəffəqiyyət sertifikatı : 51-80% nəticə
Fərqlənmə sertifikatı : 81-100% nəticə

Sertifikat testdən keçdikdən sonra 3 gün ərzində elektron qaydada verilir və unikal nömrəyə malikdir. Tələbə tələb olunduqda sertifikatı çap formada təqdim edə bilir.

Sertifikatı necə yoxlamaq olar?

Onun həqiqiliyini yoxlamaq üçün sertifikatın üzrəindəki QR kodunu skan edin.
Sertifikatı yenidən nəşr etmək və ya 04/08/2022-ci il tarixindən əvvəl verilmiş sertifikatların həqiqiliyini yoxlamaq üçün buraya klik edəin və ya bizimlə əlaqə saxlayın.