Bütün günü məşğul olmaq normaldır, əks halda həyatımız çox darıxdırıcı olardı. Amma bəzən vaxtımızın çox hissəsini tamamilə mənasız, bizə heç bir nəticə verməyən hərəkətlərə sərf edirik. Ancaq bu vaxtı faydalı keçirib, yeni vərdiş aşılaya bilərik. Məhsuldarlığınızı tarazlaşdırmaq və özünü inkişaf etdirmək üçün vaxt tapmağınıza kömək etmək üçün Zamanın İdarə Edilməsi haqqında faydalı məsləhətləri bir araya topladıq.
Bir gündə etdiyiniz bütün işləri yazın
Bir dəftər götürün və bir həftə ərzində hər gün bütün tapşırıqları, xırda şeyləri və bayramlarda nə etdiyinizi yazın. Hər bir xırda detalı qeyd etmək vacibdir, məsələn, iş zamanı sosial şəbəkələrdə nə qədər tez-tez diqqətinizi yayındırırsınız, səhər ilk iş nə edirsiniz. Bəzən faydalı vebinar oxumaq əvəzinə gülməli videolara baxmağa əlavə 1-2 saat sərf etdiyimizin fərqinə varmırıq. Bu üsul həyatınıza bir az fərqli baxmağa və özünüz üçün lazımi vərdişləri yaratmağa kömək edəcək.
Hər gün əvvəlcədən planlaşdırın
Yaxşı vərdişləri tətbiq etməyə və inkişaf etdirməyə başlamaq üçün onlara xüsusi vaxt ayırmalısınız. Bu halda siz blaknotdan istifadə edib görüləcək işlər siyahısına baxa bilərsiniz. Məsələn, siz səhərlər telefonunuzda “eşələnməyi” xoşlayırsınız, ancaq bu bu vaxtı maraqlı kitaba sərf edə bilərsiniz. Yaxud işdən sonra serialın 2-3 seriyasına baxmağa üstünlük verirsiniz və ya qalan vaxtda 1 seriyaya endirib onlayn kursa keçə və ya faydalı məqalələr oxmağa keçə bilərsiniz.
Faydalə istirahət edin
İnsan 9 saat fasiləsiz işləyə bilməz, beynin hər 1,5 saatdan bir ən azı 10-15 dəqiqə istirahətə ehtiyacı var. Bir qayda olaraq, bu vaxt yaxınlarınızla yazışmalara, bildirişləri yoxlamağa, xəbərləri oxumağa sərf olunur. Amma çoxları kitab oxumağın beyni mükəmməl şəkildə rahatlaşdıra və gərginliyi aradan qaldıra biləcəyini belə dərk etmir. Hətta gündə 10-15 dəqiqə kitab oxumaq bir ay ərzində nəzərəçarpacaq nəticələr verə bilər.
Xüsusi məqsədlər qoyun
Bizi daha çox səy göstərməyə və nəticə əldə etməyə sövq edən hədəflərdir. Sağlam vərdişlərə başlamaq qərarına gəldikdə, hansı effektə nail olmaq istədiyinizi özünüzə aydın şəkildə ifadə edin. Əgər arıqlamaq və ya görnüçünüzü yaxşılaşdırmaq üçün məşq etməyi düşünürsünüzsə, sonda necə görünəcəyinizi təsvir edin – 60 kq çəkin və ya pompalanmış əzələlər kimi.
Əldə edilə biləcəkləriniz üçün real son tarixləri təyin edin
Bir çox insanların problemi, son tarixlərə necə əməl edəcəyini bilməmələridir. Onlar seriala qapılıb 1 saat yox, 3 saat vaxt sərf edəbilər. Yaxud əksinə əksinə, vaxtıla bağlı özünüzü ciddi şəkildə məhdudlaşdırar və nəticədə özünüzü çıxılmaz vəziyyətə sala bilər. Odur ki, cədvəlinizi, o cümlədən yaxşı vərdişləri elə qurmaq lazımdır ki, onlarla yaşamaqda özünüzü rahat hiss etməklə yanaşı enerjinizi saxlaya biləsiniz. Çünki sonra yeni vərdişləri gücləndirə və bacarıqlarınızı inkişaf etdirməyə davam edə bilərsiniz lazım ola bilər.
Ümid edirik ki, məqalə faydalı oldu şərd yazıb qiymətləndirmə edərək dəstək olmağınızı xahiş edirik. Şəxsi inkişaf kurslar üçün suallaranızı bizə yaza bilərsiz.