Dərslər tapşırıqlarının yerinə yetirilməsində zəyifləmə həm uşaqları, həm də valideynləri narahat edir. Bunun əsas gösrəticiləri zəif qiymətlər, ev tapşırıqları ilə bağlı problemlər, artan yorğunluq, dərs oxumaq həvəsinin olmaması və müəllimlərlə münaqişələrdir. Bu cür problemlərin səbəbləri isə müxtəlifdir.
Yadda saxlamaq lazımdır ki, bu və ya digər şəkildə bir və ya bir neçə məktəb fənni üzrə tapşırıqlarının yerinə yetirilməsində zəyifləmə ilə bağlı çətinliklər məktəblilərin böyük əksəriyyətində, xüsusən də keçid yaşına çatmış məktəblilərdə yaranır.
Prolemin səbəbləri
Yeniyetmələr arasında öyrənməyə marağın azalması dəyərlərin yenidən qiymətləndirilməsi, yeni hobbilərin, hobbilərin meydana çıxması və böyüklərin onlara nəzarət və təsir nüfuzunun azalması ilə əlaqədar ola bilər. Bundan əlavə, böyüyən orqanizm həddindən artıq yüklənmə yaşayır, bunun nəticəsində konsentrasiyanın azalması, yaddaşın pozulması, yorğunluq və hətta sağlamlıq problemləri ola bilər. Hələ stressi özbaşına idarəetməyə alışmamış uşaqlar ailədəki münaqişələrdən güclü təsirlənir, nəticədə onların narahatlığını artırır, əhval-ruhiyyə və davranış pozğunluqları yaranır.
Mübahisələr, həmyaşıdları ilə pis münasibətlər də öyrənməyə marağın azalması səbəblərindəndir. Əgər uşaq sinifdə kifayət qədər sevilmirsə, məktəbə getmək həvəsi olmaya bilər, bunun nəticəsi olaraq bir çox uşaq öyrənmə ilə bağlı olan hər şeydən qaçırlar.
Öyrənməyə marağın azalmasının daha bir səbəb, uşaqların yuxarı siniflərə və ya yeni bir təhsil müəssisəsinə keçidi baş verərkən müəllimlərin onların dərs yanaşmasına artan tələbləridir.
Çıxış yol nədir?
Zəif qiymətlərin səbəbini müəyyən edə bilsəniz, problemi həll etmək üçün yarı yolda olduğunuzu düşünün. Hər bir belə hal ilə qarşılaşdıqda fərdi olaraq uşağın özü ilə, bir çox hallarda müəllimləri və hətta psixoloqla da danışmalı olacaqsınız. Uşağı incitməmək, gələcəkə bu hallardan suistifadə etməməsi üçün məsələyə daha sakit reaksuya verməyə çalışın. Bir çox hallarda valideyinlərin sərt və səsküylü reaksiyası uşaqlar üçün oxumamağa və vəziyyətdən suistifadəyə yol açma imkanı yaradır.
Sonra vəziyyəti necə yaxşılaşdıra biləcəyinizi düşünməyə başlayın. Öyrənməyə marağın azalmasının ailədəki münaqişələrlə əlaqəli olduğunu görsəniz, çox güman ki, ailə psixoloqunun köməyi tələb olunacaq.
Öyrənməyə marağın azalması keçid dövrünün xüsusiyyətlərindən qaynaqlanırsa, o zaman nəsə etmək o qədər də asan olmayacaq. Birincisi, siz və sizin uşağ təhsili ilə bağlı arzularınız bir yeniyetmə tərəfindən əvvəlki kimi ciddi qəbul olunmaya bilər. İkincisi, obyektiv səbəblərdən onun diqqətini dərslərinə cəmləmək daha çətindir.
Uşaqları bu kimi problemlərdən yan tutmağın yollarından biridə yeni faydalı hobbilərin, idmana, incəsənətə və ya elm sahəsinə olan həvəsin yaranmasına kömək edəcək üsullardır. Sizdən yeniyetmənin özünü dərk etməsinə töhfə vermək çox şey tələb oluna bilər, unutmayın ki, yalnız bu yolla yaxın gələcəkdə onunla münasibət qura və onu yaxşı oxumağa həvəsləndirə bilərsiniz.
Uşağın həmyaşıdları ilə ünsiyyətdə problemləri varsa, yaxşı bir psixoloqla əlaqə saxlamaq tövsiyə olunur. BU problemin qarşısın alınmasının digər yolu isə onun başqa məktəbə köçürülməsi ola bilər.
Uşaqların pis işarələr görməsi və öyrənməyə marağın azalması halları olduqda, valideynlər və digər qohumlar heç bir halda “köhnə” təhsil metodlarından istifadə etməməlidirlər. Təəssüf ki, bəziləri uşaqlala bütün münaqişələrin yaxşı bir şillə ilə həll oluna biləcəyinə inanırlar. Lakin həddindən artıq tələbkarlıq və qorxu yalnız öyrənməyə meyli azladır və uzun müddət ərzində nevroz və digər pozğunluqlara gətirib çıxarır, həmçinin uşağın formalaşan xarakterinə mənfi təsir göstərir.
Düzgün motivasiya olmadıqda, məktəbdə qiymətləri yaxşılaşdırmaq olduqca çətindir. Buna görə də uşağın yaxşı oxumaq istəyini stimullaşdıra biləcək əlaqəni tapmaq tələb olunur. Köməyə yalnız səbir, öz instinkti və başqalarını anlamaq qabiliyyəti, həmçinin psixoloqun peşəkar köməyi gələ bilər.
Abituriyent və fənn hazırlığı ilə bağlı suallaranızı bizə yaza bilərsiz.