Bakı Universal Tədris Mərkəzində təlimçi kimi fəaliyyət göstərən Nicat Kərimov tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlərin təşkili davam edir. Bu dəfə 18.04.2023 tarixində UNEC-də “Strateji menecment” ixtisası üzrə təhsil alan magistr qrupu ilə “Şəxsi inkişaf strategiyası” mövzusunda təlim təşkil edilmişdir. Təlim prosesində “Şəxsi inkişaf yolları”, “Həyat çarşı və onun inkişafda rolu”, “İş üçün müraciət zamanı edilən səhvlər“, “Karyera qurmada və düzgün seçim” və s. mövzulara münasibət sərgiləndi.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təlim proqramına əsasən iştirakçılara şəxsi inkişafın planlaması, ilkin biznes anlayışları və tələbləri, menecment və liderlik mövzuları əsasında təşkil edilmişdir. Təlimçi şəxsi təcrübəsinin konturları çərçivəsində iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Onu da qeyd edək ki, N.Kərimov xaricdə təhsil almış, 16 il iqtisadi və idarə etmə sahəsində təcrübəyə malikdir, həmçinin idarəetmə üzrə ölkəiçi və xaricdə keçirilən bir sıra təlimlərin, konfransların fəal iştirakçısıdır.
