Xaricdə təhsil almaq internet və inkişaf edən texnologiyalar sayəsində artıq asanlıqla həll olunan bir prosedur halına
gəlmişdir. Çünki tələbələr ingilis dil bilikləri vasitəsilə artıq təhsil almağı planlaşdırdıqları universitetlərə asanlıqla

online olaraq müraciət edə bilirlər. Həm ölkələr, həm də ali təhsil müəssisələri tərəfindən maliyyələşdirilən təqaüd proqramları, təhsil kreditləri və Erasmus kimi mübadilə proqramları vasitəsilə xaricdə təhsil arzularını gərçəkləşdirə bilirlər. Xaricdə təhsil almaq üçün qəbul olmaq istədiyiniz proqramlara qərar verdikdən sonra, ən vacib addımlardan biridə universitet seçimi etməkdir. Bu seçimi edərkən son illərdə texnologiyaya görə Amerikaya, mühəndisliyə görə Almaniyaya, moda dizaynına görə İtaliyaya və qastronomiyaya görə Fransaya üstünlük verildiyini unutmaq olmaz. Ancaq daha bir danılmaz faktda ondadır ki, hazırda ölkəmizdən xaricdə təhsillə bağlı müraciət edilən ölkələr arasında qardaş Türkiyə də xüsusi yerə malikdir. Buna əsas səbəblərdən biridə Attestatla Türkiyədə Təhsil imkanının olmasıdır.
Təhsil Alacağınız Universiteti Nəyə Görə Seçməlisiniz?
Xaricə təhsil arxasınca getmək istəyən şəxslərin ən çox düşünməli olduğu sual bu olmalıdır. Bu səbəbdən sizinlə bu sual ətrafında bilməli və diqqət etməli olduğunuz məsələləri təfərrüatı ilə açıqlayacayıq.
1.Universitetin təhsil keyfiyyətinə görə
Bu şərt nəyinki Türkiyədə Təhsil ümumən xaricdə təhsil almaq üçün əsasdır. Universitet seçimi edərkən qəbul olmaq istədiyiniz universitetlərin reytinq göstəricilərinə və beynəlxalq seviyyələrdə qəbul edilməsinə və diplomlarının digər ölkələr tərəfindən tanınıb-tanınmamasına diqqət etməlisiniz. Bu baxımdan təhsil almaq istədiyiniz ali təhsil müəssisələrinin tarixinə, prestijinə, təqaüd imkanlarına və məzunlarının karyera imkanlarına nəzər yetirməlisiniz.
2.Təhsil haqqına görə

Türkiyədə təhsil xərcləri tələbələrin diqqət etməli olduqları digər bir amildir və əgər tələbə təqaüd imkanlarından yararlana bilmirsə, bu zaman bilməlidir ki, Türkiyədə özəl universitetlərdə illik təhsil haqqı qiymətləri bahadır. Əlbəttə ki, bir çox universitetlər aşağı təhsil haqqı qiymətləri ilə fərqlənir, lakin onlar əsasən əyalətdə olan dövlət universitetləri olur. Son zamanlarda Türkiyə universitetlərində təhsil əcnəbi tələbələr üçün olduqca baha başa gəlir, buna səbəb Türkiyə milli valyutasında olaq qeyri sabitlikdir. Lakin buna baxmayaraq, siz həmin universitetlərlə ölkəmizdə əməkdaşlıq edən xaricdə təhsil şirkətləri ilə əlaqə qurub 50%-dək endirim əldə edə bilərsiniz.
3.Karyera İmkanlarına Görə
Türkiyədə karyera imkanlarından faydalanmaq üçün təhsil üçün seçdiyiniz universitetin əhəmiyyətini göz ardı etmək olmaz. Çünki əksər marka və şirkətlər bir çox ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyindən dolayı, hər il məzunlar üçün təcrübə proqramları ilə iş imkanları yaratmaqdadır. Buna görədə bəzi universitetlərdən seçilmiş və yeni məzun olan gənclərin karyeralarına daha tez başlamaq imkanı olur.
4. Təhsil dilinə görə
İngilis dili dünyada istifadə olunan beynəlmiləl dildir. Xarici universitetdə təhsil almağı hədəfləyən hər bir şəxs təhsili, karyerası üçün ingilis dilini mütləq bilməlidir. Digər dövlətlərdə təhsil almağı hədəfləyən gənclərimizin üstünlük verdiyi ölkələrdən ilki Türkiyədir. Burada bir sıra universitetlər ingilis dilində təhsil vermək imkanına sahibdir. Həmçinin Türkiyədə bir çox universitetlərinə qəbul olmaq istədiyinizdən asılı olmayaraq, sizdən beynəlxalq səviyyədə qəbul olunmuş ingilis dil biliklərinizi təsdiqləyən İELTS və TOEFL imtahan sertifikatları tələb olunacaqdır.
Türkiyədə təhsillə bağlı suallaranızı bizə yaza bilərsiz.