Yerli şirkətlərin tanıtım məqsədli sərgi 2023-cü ilin 8-10 iyunun tarixlərində “Baku Crystal Hall”da baş tutub.
Sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. 150-dən çox yerli şirkət məhsul və xidmətləri sərgidə ziyarətçilərə təqdim olunub. Əsasən sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər sərgidə iştirak etmişdir.
KOBİA tərəfindən göstərilən dəstək sahəsində “Bakı Universal Tədris Mərkəzi” MMC olaraq bizdə sərgidə öz xidmətlərimizlə təmsil olunduq. Sərgidə iştirakla bağlı başda KOBİA və AQSİA rəhbərliyi olmaqla əziyyəti keçən hər kəsə təşəkkür edirik.
Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.