Yerli şirkətlərin sərgisi başlayır
Şirkətimizin də iştirakı ilə 8-10 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə sərgisi baş tutacaq. “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
“Bakı Universal Tədris Mərkəzi” MMC olaraq “Baku Crystal Hall”da keçiriləcək sərgidə 150-dən çox yerli şirkətlər arasında olacayıq. Sərgidə öz məhsullarımızı təqdim edərək digər iştirakçı şirkətlərlə birgə 20 minədək ziyarətçini qarşılayacayıq.
Təşkilatçılar: İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), və Marsol Group
Rəsmi tərəfdaş: Kapital Bank.
Hər kəsi 8-10 iyun tarixlərində “Baku Crystal Hall”da keçiriləcək sərgiyə dəvət edirik!
Sərgiyə giriş ödənişsizdir və hərkəsin iştirakına açıqdır.
Qeydiyyat üçün bağlantı: https://bit.ly/3Ny5T73