Magistratura hazırlığı məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri test üsulu ilə yoxlanılır. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50, İnformatika üzrə 25 və Xarici dil üzrə 25 test tapşırığı təqdim olunur.. Hər bir fənn üzrə 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 3 saat vaxt ayrılır. İmtahanda maksimum bal 100-dür.
Magistratura hazırlığı 3 fənn üzrə tədris edilir:
- Məntiq
- İnformatika
- Xarici dil
Hər fənn həftədə 2 dəfə olmaqla 90 dəqiqə keçirilir. Qruplar tələbələrin bilik səviyyəsinə uyğun olaraq bölünür. Hər həftəsonu tələbələr üçün MÖVZU SINAQ İMTAHANI (MSİ), ÜMUMİ SINAQ İMTAHANI (ÜSİ) keçirilir. Hər mövzu sonunda tələbələrə quizlər verilir. Zəif nəticə göstərmiş tələbələrə əlavə dərslər keçirilir.
Abituriyent hazırlığı ilə bağlı suallaranızı bizə yaza bilərsiz.