Microsoft Office proqram paketi şirkətlərin uğurlu və məhsuldar işinin ayrılmaz hissəsinə çevrilib. İşçilərin əksəriyyəti Word, Excel, PowerPoint, Outlook ilə az-çox işləməyi bacarır. Buna görə də bizim Microsoft Office kurslarımız işçilərin səriştəsini artırmaq üçün həmişəkindən daha aktualdır.
Microsoft Office proqramları üzrə hərtərəfli təlim şirkət daxilində prosesləri qurmaq və sürətləndirmək, layihələr üzərində birgə işləmək və hər hansı dəyişikliklərdən daim xəbərdar olmaq imkanı verəcəkdir. Bu, MS Office təlimi ilə açılacaq imkanların yalnız bir hissəsidir.
“Bakı Universal Tədris Mərkəzi” Bakı şəhərində fiziki və ya onlayn olaraq bütün ölkə üzrə Microsoft Office kursları təşkil edir. Azərbaycanın istənilən şəhərində və ya hər hansı digər ölkədə distant təhsil almağa imkan verir. İki formatda demək olar ki, heç bir fərq yoxdur, çünki biz tələbələr üçün bütün lazımi şəraiti yaratmağa çalışırıq. MS Office təlimləri qruplar şəklində, fərdi və hətta bir qrup işçi üçün korporativ səviyyədə keçirilə bilər. Beləliklə, siz ofis proqramlarının tədrisi üçün ən əlverişli formatı seçə bilərsiniz.
Təlim cədvəlinin tərtib edilməsi
Proqramların hər biri üzrə təhsil alanların sayı müəyyən edildikdən sonra qruplar yaradılır. Qrupların formalaşdırılması tələbələrin ixtisası əsasında həyata keçirilə bilər, məsələn, maliyyə şöbəsinin işçiləri qrupu.
Kursların cədvəli arzu olunan təhsil tarixindən 2 həftə əvvəl Tədris Mərkəzinin əməkdaşları ilə razılaşdırılır.
Təlim verilə bilər:
- iş günləri saat 9:30-dan 13:00-dək və ya 14:00-dan 17:30-dək;
- axşam saat 18:00-dan 21:15-dək;
- həftə sonları 9:30-13:00 və ya 14:00-17:30.
- Axşam kursları 18:00-dan 20:00-dək. (qiymət fərqli olur)
Ofis proqramları 3 aylıq kursdur.

- Microsoft Windows – əməliyyat sistemi
- Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə (yazı işləri) edilir. Hazırda dünyada ən populyar proqram hesab olunur.
- Microsoft Office Excel — cədvəl prosessoru. Əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır
- Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası.
- Microsoft Office PowerPoint — bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir.
- Müəllimlərimiz bu sahənin peşəkar mütəxəssisləridir. Dərslərimizin yüksək səviyyədə tədris olunduğuna əmin olmağınız üçün faktiki dərslərimizin hər hansı birində ödənişsiz şəkildə iştirak edib daha sonra qərar verə bilərsiniz.
- Ofis işlərində, banklarda və s. bu kimi digər işlərdə çalışmaq istəyənlər üçün bu kurs çox əhəmiyyətlidir.
Həftəlik dərslərin sayı: 2 dərs ( hər dərs 1.5 saat ).
Dərslər təcrübəli müəllimlər tərəfindən mükəmməl proqram əsasında keçirilir.
MS office proqramları üzrə kurslar üçün suallaranızı bizə yaza bilərsiz.