İT sahəsində təhsil müasir dünyada ən çox axtarılan və prestijli təhsil sahələrindən biridir. Həmçinin İT sahəsində təhsil müasir dövrdə istənilən sahədə fəaliyyət göstərən müəssisələrdə yüksək maaşlı işə düzəlməklə yanaşı yüksək texnologiyalardan anlayan dəyərli mütəxəssis olmaq imkanı verir.
Ümumilikdə xaricdə təhsillə bağlı məlumatları saytımızda bu istiqamətdə olan Xaricdə təhsil məqaləmizdən əldə edə bilərsiniz. Bu məqaləmizdə isə konkret istiqamət üzrə danışaçağıq.
Gözəl İT mütəxəssis olmaq üçün aparıcı xarici universitetlərdən birinə qəbul olaraq informasiya və kommunikasiya sənayesində lazımi bacarıqları əldə edə bilərsiniz.
İxtisaslar, peşəkar və perspektivlər
Xaricdə İT sahəsində təhsil almaq ən populyar sahələrdə çalışmaq imkanı verir, məsələn:
- İnformasiya texnologiyaları;4
- Kompyuter elmləri;
- Məlumat xidməti;
- Multimedia;
- İnformasiya təhlükəsizliyi;
- Proqramlaşdırma;
- Sistemlərin avtomatlaşdırılması və s.
Təhsili başa vurduqdan sonra gənc mütəxəssislər proqram və oyunların tərtibatçısı, kompüter servisi üzrə usta, informasiya təhlükəsizliyi üzrə menecer, sistem mühəndis, İT inzibatçı, informatika müəllimləri və s. sahələrdə çalışa bilərlər.
Təhsil sahəsi üzrə proqramlar və xüsusiyyətlər
Xaricdə İT təhsili almaq müxtəlif səviyyələrdə təhsil almış məktəblilər və məzunlar üçün əlçatandır.
- Pəşə təhsli, kurslar və təlimlər – gələcəktə İT sahəsində təhsil almaq istəyən orta məktəb şagirdləri üçün uyğundur. Kompüter elmləri sahəsində təcrübə tələb olunmur. Kursların müddəti 6 aydan başlayır.
- Bakalavr dərəcəsi – imtahanlardan keçməli olduğunuz əsas təhsil pilləsidir. İT və proqramlaşdırma sahəsində ilin bilik tələb edir. Bakalavr pilləsində təhsil 3-4 il çəkir.
- Magistratura – İT ixtisaslarından biri üzrə bakalavr dərəcəsi olan mütəxəssislər üçün mövcud olan ən yüksək təhsil səviyyəsidir. Magistratura 1-2 il davam edir.
Qeyd edilən təhsil pillələrinin ilk ikisində iştirakçılar nəzəri biliklər öyrənirlər: kompüter savadlılığı, riyazi analiz, proqramlaşdırmanın əsasları, alqoritmlərin və verilənlər bazalarının yaradılması qaydaları. Euni zamansda onlar informatika ilə bağlı digər fənlər üzrə biliklər ələ edirlər. Pəşə təhsili xaric praktik işlərə isa minimal vaxt ayrılır.
Gələcək magistrlər isə ixtisaslardan birini (proqram tərtibatı, verilənlər bazası inzibatçılığı, mobil proqramların işlənməsi və s.) öyrənməyi və xüsusi proqramları ixtisaslı müəllimlərlə və ya təkbaşına öyrənməyi seçirlər. Xarici universitetlər tələbələri ən son avadanlıq və proqram təminatı ilə təmin etməklə yanaşı, tanınmış İT şirkətlərində təlim keçmək imkanı yaradır.
Xaricdə ali İT təhsili
Avropa və Amerika universitetlərində səmərəli fənlərarası təhsil sistemi tələbələri hərtərəfli inkişaf etdirir, onların yaradıcı potensialını üzə çıxarmağa kömək edir. Məhz:
- İT ilə bağlı fənlər üzrə böyük həcmdə biliklər verir;
- Kompüter elminin müxtəlif elmlər və iqtisadiyyat sektorları ilə qarşılıqlı əlaqəsini tədqiq etməyə kömək edir;
- Öz proqramlarının, layihələrinin və texnologiyalarının inkişafını təşviq edir.
İngiltərə və ABŞ universitetləri İT təhsili sahəsində lider hesab olunurlar – belə ki, bu ölkələrdəki universitetlər birlikdə dünyanın ən nüfuzlu universitetlərinin 70%-dən çoxunu təşkil edirlər. Harvard Universiteti, London Kral Kolleci, Uorvik Universiteti, Prinston Universiteti və digər ali təhsil ocaqlarının diplomları gənc mütəxəssislərin üzünə nüfuzlu qlobal şirkət və korporasiyaların qapılarını açır.
Ümid edirik ki, məqalə faydalı oldu şərd yazıb qiymətləndirmə edərək dəstək olmağınızı xahiş edirik. Xaricdə təhsillə bağlı bizə müraciət edə bilərsiz.