Bu günki, məqaləmizdə 3 ildən artıqdır (ümumilikdə 5 ildən artıq) Mərkəzimizin ingilsi dili hazırlığı üzrə müəlliməsi Gülnar Əliyeva ilə birlikdə Sizlərə dil öyrənməkdə yardımçı olacaq alətləri bir araya topladıq. Əsas məqsədimiz İngilis dili öyrənmək istəyən tələbələrimizlə yanaşı digər şəxslərlə dil öyrənmək üçün tövsiyyə olunan alətləri paylaşmaqdır.
Audiokitablar dili yaxşılaşdırmağa kömək edir.
Bu, dinləmə bacarıqlarınızı təkmilləşdirmək, yeni sözlər öyrənmək və hələ Sizin üçün yad olan ədəbi əsərlə tanış olmaq üçün əla seçimdir. Bundan əlavə, audiokitablardan istifadə etmək rahatdır: siz yolda və ya ictimai nəqliyyatda, insanların çox olduğu və sadəcə kağız kitabı oxumaq mümkün olmayanda dinləyə bilərsiniz.
Aşağıda Sizə təqdim edilən audiokitabları dinləyə və ya yükləyə biləcəyiniz resurslar arasında seçim edə bilərsiniz. Ümud edirik bu resurlar dil biliklərinizi inkişaf etdirməkdə Sizə yardımçı olacaq.
Loyal Books. Bir saytda 7000-dən çox pulsuz kitab və kitabların janr üzrə axtarışı mövcuddur. Burada siz təkcə ingilis dilində deyil, digər dillərdə də materiallar tapa bilərsiniz.
LibriVox . Veb-saytda audiokitabları yaxşı keyfiyyətdə yazan könüllü yerli danışanların materialları var. İngilis dilində (24.000-dən çox), alman, fransız, ispan və çin dillərində yazılar var. Həmçinin burada qeyd etmədiyimiz başqa dillərdə də kitablar tapa bilərsiniz.
Storynory. Burada klassik ədəbiyyatla yanaşı, ingilis dilində qısa hekayələr, nağıllar və müsahibələr də tapa bilərsiniz.
Free Classic AudioBooks.com. Klassik ədəbiyyat toplusu. Mark Tven, Jane Austen, O. Henry və başqa məşhur müəlliflərin əsərləri var.
LearnOutLoud.com. Təkcə bədii ədəbiyyat deyil, həm də müxtəlif elm və özünü inkişaf sahələrində öyrənmək üçün pulsuz audiokitablar və videolar.
Scribl. Müasir audiokitabları tapa biləcəyiniz resurs. Onlar tez-tez müəlliflər tərəfindən oxunur. Saytda janr, üslub və kitabda əhatə olunan əsas mövzular üzrə axtarış aparmaq funksiyaları var.
Lit2Go. Floridanın onlayn təhsil mərkəzlərindən birinə aid olan resursdur. Audio versiyalara əlavə olaraq, kitablardan parçalar yükləyə və oxumağı dinləmə ilə birləşdirə bilərsiniz.
Thoughtaudio.com. Klassik ədəbiyyat və bədii. MP3-ə əlavə olaraq mətnləri yükləyə bilərsiniz.
Librophile.com. Audiokitabları axtarmaq üçün sadə və müasir sayt. İstifadəçilər ədəbiyyat haqqında rəylər buraxa bilərlər.
Newfiction.com. Burada siz cizgi filmləri, şəkillər və səs effektləri ilə müşayiət olunan danışıq üçün amerikan ingiliscəsində kitabları eşidəcəksiniz.
Sonda isə “Qiymətləndirib şərh yazın” düyməsin klik edib xidmətimizi qiymətləndirib bizim haqqımızda şərh yazın. Bu qədər asan )