AQSiA-nın təşkilatçılığı ilə müxtəlif sektorda fəaliyyət göstərən qadın sahibkarların “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı növbəti korporativ səhər yeməyi tədbiri baş tutub. “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı tədbirdə “Bakı Universal Tədris Mərkəzi”nin rəhbəri Lalə Məmmədova təmsil edib.
Lalə xanım çıxışı zamanı mərkəzimizin fəaliyyət istiqamətləri, həmçinin komandamızın 90%-dən çoxunun qadın olmasının üstünlükləri və qadın həmrəyliyi barədə məlumat vermişdir.

Sitat: “Həyatımızın hər məqamında qadınlara ehtiyac duyulduğu kimi biznes sahəsində də xanımlara çox ehtiyac duyulur. Günümüzdə istənilən ailəni qadınsız, istənilən evi bir qız övladsız təsəvvür etmək mümkün olmadığı kimi biznes sahəsini də, xanımlarsız təsəvvür etmək mümkün deyil.”
Qeyd edək ki, 80 nəfərdən çox KOB subyektinin iştirak etdiyi tədbirdə biznes təmsilçiləri öz fəaliyyət sahələri haqqda məlumat vermiş və tərəfdaşlıq barədə fikir mübadilələri aparmışlar ki, bu da öz növbəsində qadın sahibkarların şəbəkələşməsinə böyük töhfə vermişdir.


