Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Analitika bələdçisi” adlı təlim olub. Bakı Universal Tədris Mərkəzinin təlimçisi , layihələrin idarəedilməsi üzrə menecer Nicat Kərimov tədbir çərçivəsində:
“Datanın layihələrdə rolu”;
“Dataların biznesdə rolu”;
“Dövlət qurumları üçün datanın rolu”;
“Təhlil üçün məlumatların hazırlanması”;
“Biznesdə CRM tətbiqi” və s. mövzulara aydınlıq gətirib.
“Analitika bələdçisi” təlimi Azərbaycan Dövlət İqtisad Universitetinin MBA-nin “Rəqəmsal marketinq” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunub.