“2022–2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində təhsil proqramlarının siyahısı müəyyən edilib. Siyahıda dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə proqramlar mövcuddur. Siyahının öncədən elan olunması təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların qeyd edilən proqramlara qoşulma şansın artırır. Belə ki, öncədən məlumatlı olaraq təqdim edilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan yaradacaq.
AZƏRTAC bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verərək, 2024–2025-ci tədris ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla ümumilikdə 3993 təhsil proqramı yer alır.
Namizədlər, eyni zamanda, müvafiq reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan digər ixtisas sahələri üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.
Bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.
Məlumat üçün qeyd edək ki, 2023–2024-cü tədris ilində “2022–2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetinə qəbul olunub.
Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür.
Əlavə suallarla bağlı dp22-26@edu.gov.az ünvanına müraciət etmək mümkündür.
Sonda isə “Qiymətləndirib şərh yazın” düyməsin klik edib xidmətimizi qiymətləndirib bizim haqqımızda şərh yazın. Bu qədər asan )