Əvvəlcə uşağın öyrənmək istəməməsinin səbəblərini aydınlaşdırmalısınız. Adətən bu üç səbəbdən ola bilər:
- uşaqlarda zehni proseslər (yaddaş, diqqət, məntiq) inkişaf etməmişdir, buna görə oxuduqlarını başa düşmürlər, məlumatların necə cəmləşdiriləcəyini, yadda saxlayacaqlarını və müstəqil olaraq necə çalışacaqlarını bilmirlər;
- uşaqlarda bilik boşluqları var, bu səbəbdən mövcud materialı mənimsəyə bilmirlər;
- uşaqlarda öz-özünə öyrənmək üçün heç bir alqoritm və texnologiya yoxdur (belə ki, uşaq hər bir hərəkəti asan, sadə, mənalı, başa düşülən həmçinin səbəbləri (niyə və hansı nəticəni alacağı) anlasın).
Məcbur etməyə gəlincə, bu təsirsizdir. Nyutonun üçüncü qanununa görə təsir qüvvəsi əks təsir qüvvəsinə bərabərdir. Siz hətta məcburiyyətlə nəticə əldə etsəniz də, uşaq oxumağı daha neqativ qəbul edəcək həmçinin, məktəbi bitirdikdən sonra bir daha oxumayacağını xəyal edərək əzbərçi öyrənməyi seçəcək. Övladınız isə ömür boyu oxumalı olacaq. Bu səbəbdən uşaqlarınız daima öyrənməli olacaqlar. Bundan əlavə, bir çox uşaq sadəcə necə öyrənəcəyini bilmir, lazımi alətlərə və lazımi bacarıqlara sahib deyil, ancaq dərslərə qarşı onda artıq (başa düşə bilmədikləri üçün) neqativlik yaranmışdır.
Eyni zamanda motivasiya ilə bağlı çalışmaq lazımdır. İlk olaraq özünüzə sual verin, uşağı çox demotivə etmirsini? (qorxutmaq, utanandırmaq və s. ) Bu kimi təsirlər həddindən artıq istifadə edildikdə, uşağın intellektual fəaliyyətinə mane olur və valideynlərə olan inamı məhv edir. Qeyd edilənlərlə yanaşı bir çox müsbət vasitələr var. Məsələn, təşviqat sistemi. Uşaq bir həftə ərzində ev tapşırıqlarını təkbaşına etdimi? – Bu, onun sevdiyi dondurmanı yeməyə getmək və ya pizza sifariş etmək üçün bir səbəbdir. Ancaq bu planınız barədə uşağı əvvəlcədən məlumatlandırmayın.
Ən yaxşı motivasiya vasitələrindən biri də razılaşmadır. Razılaşma həyata keçirmək üçün isə bir neçə vacib şərt var:
*razılaşma hər iki tərəf üçün də faydalı olmalıdır;
*şərtlər mütləq yerinə yetirilməlidir;
*Yazılı forma: Bütün şərtləri ətraflı izah edin (vəzifələr, öhdəliklər, cərimə və fors-major hallar). Bununla övlədınızı gələcək imza haqqında fikirlərini və öz imzasını formalaşdırmasına köməkçi olacaqsınız.
Övladlarınızın məktəbəqədər və ibtidaisinif üzrə hazırlıqları ilə bağlı suallaranızı bizə yaza bilərsiz.