Türkiyənin təhsil sistemi Avropa standartlarına cavab verən yaxşı qurulmuş bir sistemdir.
- Məktəbəqədər təhsil (bağça + məktəbə hazırlıq)
- İbtidai təhsil (4 il ibtidai məktəbdə və 4 il orta məktəbdə)
- Orta təhsil (4 il təhsil)
- Peşə məktəbləri (2 il ali məktəblərə köçürmə imkanı ilə)
- Ali təhsil
Universitetlər dərəcələr təklif edir:
- Bakalavr (4 il)
- Magistr (2 il)
- Həkim (3-5 yaş)
Türkiyədə universitetlər dövlət, özəl və ya fond universitetləri olaraq bölünür. Hər iki halda Aili təhsil müəssisələri Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurumu (YÖK)) akkreditasiyasından keçməyə məcburidur. Hazırda Türkiyədə 200-dən çox universitet var ki, onların yarıdan bir qədər az hissəsi özəldir.
Vətəndaşlığı olmayanlar üçün Türkiyədə Təhsil :
Dövlətə məxsus orta məktəblərində oxumaq üçün uşağın hər iki valideynlərini Türkiyədə yaşamaq hüququ olmalıdır. Bu halda uşaq türk dövlət məktəblərində pulsuz təhsil ala bilər. Özəl məktəblərə gəldikdə isə onlar da təhsil hamı üçün ödənişlidir.
Türkiyə Universitetlərində xarici tələbələr:
Türkiyə hər il 150.000-dən çox xarici tələbə qəbul edir. Onların hamısı dövlət və özəl universitetlərdə təhsil haqqı ödəyir. Müxtəlif təqaüd və mübadilə proqramları istisnadır. Türkiyədə bir il təhsilin qiyməti 1-15 min ABŞ dolları arasındadır.
Türkiyədə bakalavr təhsili almaq üçün lazım olan əsas sənədləri sizin üçün bir araya topladıq. Buyurub tanış ola bilərsiniz.
Türkiyədə Bakalavr təhsili üçün sənədlər:
- Attestat və ya arayış: Məktəbi vaxtında bitirib müraciət etdikdə attetat, hazırda attestat ala bilməmisinizsə, məktəbin son ilini oxuduğunuza dair arayış aləb təqdim etməyiniz kifayətdir.
- Transcript oxuduğunuz təhsil müəssəsində bütün dərs ilinizin qiymətləndirilməsini və qiymət ortalamasını göstərən əsas sənəddir. Bu sənəd isə təhsil aldığınız müəssisədə məsul şəxs tərəfindən göstərilən və lazım olan formatda doldurulmalı və quruma təqdim edilməlidir. Sənəd türk dilində və ingilis şriftləri ilə doldurulmalıdır. Sənəd özəlliklə kompüter vasitəsilə hazırlanmalı, print edilməli və sadəcə məktəb direktoru və ya əvəzedicisi tərəfindən möhürlənib imzalanmalıdır.
- Xarici pasport : Sənəd mütləq türk dilinə tərcümə və natarius təsdiqi edilməlidir. Əgər pasportunuz hələ də yoxdursa, şəxsiyyət vəsiqəsi ilə müraciət etmək mümkündür. Unutmayın ki, qeydiyyata zamanı sizdən mütəq pasport tələb olunacaq.
- İmtahan: YOS, TYS, TOEFL, SAT kimi imtahan nəticələri müvafiq proqramlara uyğun olaraq bəzən tələb oluna bilər.
- Fotoşəkil: 4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil olmalıdır.
- Etibarnamə: Əgər müraciət edən şəxsin yaşı 18-dən aşağıdırsa, hər iki valideyn tərəfindən imzalı şəkildə etibarnamə təqdim verilməlidir.
- Sponsorluq Kağızı ( Hər hansısa biri sizin təhsilinizin bütün xərclərinizi qarşılayacağına dair natariusda ərizə verir. Bu şəxs ata, ana və ya başqa bir şəxs ola bilər. Bu sənəd elə də lazımlı sənəd sayılmamaqdadır.
- Denlik belgesi: Attestatınız ilə Bakı Türkiye Eğitim Müşavirliyinə gedərək sənədi təqdim etməklə əldə edirsiniz. (Ünvan : Alibey Hüseyinzade Küç. 77, Nizami met. yaxınlığı)
Türkiyədə təhsillə bağlı suallaranızı bizə yaza bilərsiz.