Skip to content
Peşəkar yanaşma, keyfiyyətli nəticə!
facebook
youtube
instagram
linkedin
Bakı Universal Tədris Mərkəzi
Telefon +994 55 424 09 10
Email office@butm.az
Ünvan Asif Məhərrəmov küç.175
  • Ana səhifə
  • Haqqımızda
    • Biz kimik
    • Karyera imkanları
    • Sertifikasiya
  • Xidmətlərimiz
    • Hazırlıq kursları
    • Şəxsi inkişaf kurslar
    • Xaricdə təhsil
    • Məşğələlər
  • Bizimlə əlaqə
  • Onlayn xidmətlər
    • Onlayn ödəniş
    • Onlayn qeydiyyat
  • Materiallar
    • İngilis dili

Təkliflər-Şagirdləri koronadan necə qoruyaq, məktəblər yenə bağlansınmı?

Ana səhifə > Son xəbərlər > Təkliflər-Şagirdləri koronadan necə qoruyaq, məktəblər yenə bağlansınmı?

Təkliflər-Şagirdləri koronadan necə qoruyaq, məktəblər yenə bağlansınmı?

Dərc edilmə tarixi 06.02.202103.05.2021 icraçı: nicatk
0
Şagirdləri koronadan ile ilgili görsel sonucu

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Bu arada Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti də açıqlayıb. Bildirilib ki, 10 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub. Virusa yoluxmuş işçi heyətinin sayı isə 7 nəfərdir. Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxma qeydə alınmayıb.

Nəzərə alsaq ki, fevralın 8-dən yuxarı sinif şagirdləri üçün də tədris başlayacaq, onda yoluxma sayında artımların olması da gözləniləndir. Yeri gəlmişkən, fevralın 15-dən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Onu da ciddiyə alsaq ki, hələ də koronavirus xəstələrinin küçələrdə, avtobuslarda gəzməsi halları var, o zaman məktəblərdə virusun yenidən artması və yayılması ehtimalı yüksəlir? Bəs nə etməli? Məktəblərin bağlanması daha məqsədəuyğundur, yoxsa başqa bir çarə olmalıdır? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.

Bizimlə söhbətdə təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, bütün Azərbaycan ərazisində təhsili dayandırmaq mənasızdır: “Çünki həqiqətən Azərbaycanın bəzi yerləri var ki, məktəblərdə heç bir sıxlıq yoxdur, müəllimlər cavandır. Hər hansı bir təhlükə yoxdursa, ümumi bir qərar almağın mənası yoxdur. Fikrimcə, məktəblərin yavaş-yavaş açılmağa başlaması daha önəmli, daha düzgün addımdır, nəinki məktəblərdə təhsilin dayandırılması. Sabitləşmə, lokal qərar alma daha uyğun olacaq. Hansı məktəbdə covid halı yoxdur, müəllim cavandır, şagird sıxlığı yoxdur, sinifdə 10 nəfərlə dərsi keçmək mümkündür, o zaman o məktəblərdə təhsili davam etdirmək lazımdır.

Ümumiyyətlə, bu virus evdə oturduğumuz zaman  çıxıb gedəsi deyil. Ona görə də gözləməyin mənası yoxdur. Ümumi bir immunitet qazanmaq daha məntiqli olacaq. Ümumi immunitet qazanmaq üçün də normal həyata qayıtmağımız lazımdır. Başqa çıxış yolu da görmürəm. Amma bu o demək deyil ki, covid həyatımızdan çıxıb gedəcək. Yenə də virusa yoluxma halları olacaq, amma biz bunu norma halına gətirib, həyatımıza davam etməliyik”.

 Elçin Süleymanov

Mövzu  ilə bağlı “Yeni Müsavat”a danışan digər təhsil eksperti Elçin Süleymanov da fikirlərini bildirib: “Təbii ki, məktəblərdə yoluxma hallarının olması gözlənilən idi. Sentyabrda da bu qeyd olunmuşdu. Amma hazırda yoluxma qorxulu həddə deyil. Yoluxanlar içərisində təbii ki, şagirdlər də olur. Bəziləri evdə, bəziləri küçədə virusa yoluxurlar. Bir qismi də ehtimal oluna bilinər ki, məktəblərdə olsun. Amma məktəbə gələn şagirdlərin hərarəti yoxlanılır. Eyni zamanda, məktəblər dezinfeksiya edilir, nəzarət yerindədir. Sentyabrda bir-iki fakt olmuşdu, yəni 400-500 məktəb içərisində bu say çox azdır. Ümid edirəm ki, Təhsil Nazirliyi və məktəblər prosesə nəzarət edəcək. Təbii ki, burda mövcud statistikaya diqqət olunur, təhlil olunur. Əgər gələcəkdə say artarsa, yenidən qərar dəyişə bilər. Hazırda açıqlanan rəqəmlər həyəcan təbili çalmaq üçün əsas vermir. Əsas koronavirusun yayılma mərkəzinin məktəb və müəllim olmamasıdır. Bu da nəzarət edilməlidir. Şagirdlər də, müəllimlər də həm sosial məsafəyə, həm də gigiyenik qaydalara əməl etməlidirlər. Bu məsələdə  təbii ki, məktəbə, direktora, müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Yuxarı siniflər,  universitetlər də açılınca eyni həssaslıq davam edəcək. Amma düşünürəm ki, idarə oluna bilər. Əsas odur ki, qurumlar öz məsuliyyətini başa düşsün, daha ciddi olsun, bu məsələlərə daha həssaslıqla yanaşsın. Operativ reaksiya göstərərlərsə, düşünürəm ki, prosesi idarə etmək olar. Ümumi statistikanın içərisində məktəblilərin olması təbiidir”.

Xəbərlər
Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə təlim
25.11.2022-ci il tarixdə Azərbaycan Turizm...
Novruz hədiyyəniz bizdən!
Bayramı “Endirimlər” ilə qarşılayın! 31.03.2022...
IX sinfin buraxılış imtahanının məzmunu və forması təqdim edilib
Dövlət İmtahan Mərkəzi ümumi (9...

Instagram

butm.edu.az

İnstagramda bizi izləyin

Baku Universal Training Center
➡️ Daha ətraflı məlumat üçün şərh böl ➡️ Daha ətraflı məlumat üçün şərh bölməsinə "➕" qoymağınız kifayətdir.
______________________________
📱: +99455 424 09 10 #whatsapp💬📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
("Kapital bank"ın arxası, M.Əcəmi mst.yaxınlığı)
📩: office@butm.az / www.butm.edu.az

#ingilisdili #dilkursları #ielts #ieltshazırlığı #studyabroad #xaricdətəhsil #ieltstrainer #ieltspreparation #english #studyabroad #snowjanuаry #snowyanuary▫️ #xaricdetehsil #ieltskursu
Tələbləri nəzərə alaraq fənn hazırlıqları üzrə Azərbaycan dili hazırlığına endirimi davam etdiririk! 10.02.2023 dək!

➡️ Əraflı məlumat üçün şərh bölməsinə "➕" qoymağınız kifayətdir.
____________________________
📱: +99455 424 09 10 
📌: Bakı şəhəri, Nəsimi ray. 4MR Asif Məhərrəmov küçəsi 174.
(Kapital bankın arxası, M.Əcəmi mst. yaxınlığı)
📩: office@butm.az / www.butm.edu.az

#kurslar #kurs #azərbaycandilihazırlığı #kesfetyаnvar #keşfetyanvar▫️ #azərbaycandili #fənnhazırlığı #fənnmüsabiqələri #abituriyent #mərkəz #tədrismərkəzi
🇷🇺 Dil biliklərinin inkişafı üçün qıs 🇷🇺 Dil biliklərinin inkişafı üçün qısa mətnlər 📔

#butmedu #kurs #rusdili #hazırlıq #muhsibat #telimler #rusdiliniöyrenek #rusdilikursu #yanvarayiрostu #yanvarpostum‼️#butmeduaz #butmedu #rusdiliniöyrenek #rusdilidersleri
✅Rəsm kursları 📎Həftənin 3 günü 1 saat ✅Rəsm kursları 📎Həftənin 3 günü 1 saat olmaqla.
⭕ Maksimal 4 iştirakçılı qruplarla:
👉Kağız üzərində rəsm
👉Akvarel - kağız üzərində iş
👉Quaş
👉Akril
👉Yağlı boya - kətan üzərində iş
👉Batika
________________________________________
📱: +99455 424 09 10 #whatsapp 💬
📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
("Kapitalbank"ın arxası, M.Əcəmi mst. yaxınlılğı)
📩:office@butm.az / www.butm.az

#resm #resmkursu #cerşenbeday #chеrsenbeyanv ✨ #sahmatkursları #şahmat #hazirliq #ibtdaisinifhazirliği #hazirliqkurslari #inkisaf #butm.edu.az #şahmat
🚩 Azerbaycan və rus bölməsi üzrə 📦 I pa 🚩 Azerbaycan və rus bölməsi üzrə
📦 I paket:
📌 Qrup: 100 AZN ( max 4 nəfər) (endirimlə 70₼)
📌 Fərdi: 140 AZN 
⭕ Hazırlıq fənləri:
1️⃣ Azərbaycan dili (Rus dili)
2️⃣ Riyaziyyat
3️⃣ Məntiq
4️⃣ Həyat bilgisi
📎 Həftənin 5 günü 1.5 saat olmaqla.

📦 II paket:
📌 Qrup: 70 ₼ (max 4 nəfər)
📌 Fərdi: 100 ₼
⭕ Hazırlıq fənləri:
1️⃣ Azərbaycan dili (Rus dili)
2️⃣ Riyaziyyat
3️⃣ Məntiq
4️⃣ Həyat bilgisi
📎 Həftənin 3 günü 1.5 saat olmaqla.
➡️ Daha ətraflı məlumat üçün şərh bölməsinə "➕" qoymağınız kifayətdir.

Qeyd: Endirim 28.01.2023 dəq qeydiyyatdan keçən müştərilərə aiddir.
_________________________
📱: +99455 424 09 10 #whatsapp💬
📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
("Kapital bank"ın arxası, M.Əcəmi mst.yaxınlığı)
📩: office@butm.az / www.butm.edu.az
#sahmatkursları #şahmat #hazirliq #ibtdaisinifhazirliği #yеnihefte #hеfte❄️ #hazirliqkurslari #inkisaf #butm.edu.az #şahmat
20 Yanvar - Azərbaycan xalqı üçün istiqlal mübarizəsinin qələbəsi, azadlıq istəyinin oyanış günüdür!
Vətənimizin azadlığı və suverenliyi uğrunda canını qurban vermiş qəhrəman oğul və qızlarımızın xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

#20Yanvar #azərbaycan🇦🇿 #animgunuуanvar #remember20january🇦🇿
⬇️ Rus dili üzrə danışıq dərsləri: 

Dərslər qrup və fərdi şəkildə həftədə 2 dəfə 1.5 saat və yaxud 3 dəfə 1 saat təşkil olunur. Qruplar maksimum 4 nəfərdən ibarət olur. 

➡️ Daha ətraflı məlumat üçün şərh bölməsinə "➕" qoymağınız kifayətdir.
_______________________________
📱: +99455 424 09 10 #whatsapp💬
📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
("Kapital bank"ın arxası, M.Əcəmi mst.yaxınlığı)
📩: office@butm.az / www.butm.edu.az
#russian #рускийязык #rusdilidersleri #rusdilidanisiq #bаzarertesi #bazarertesı✨ #butm #butmedu #kurs #rusdili #hazırlıq #muhsibat #telimler
Tələblərə əsasən komandamıza əlavə güc q Tələblərə əsasən komandamıza əlavə güc qatmaq üçün özünə güvənən Rus dilin A1/A2 və B1 səviyyələri üzrə tədrisini həyata keçirə biləcək həmkar axtarırıq.

#vakansiya #rusdili #rusdiliniöyrenek #tədris #cershеnbeyanvar #grеy2❄️ #tədrismərkəzi
🇺🇲🇬🇧 Dil biliklərinin inkişafı üç 🇺🇲🇬🇧 Dil biliklərinin inkişafı üçün qısa mətnlər.

_______________________________
📱: +99455 424 09 10 #whatsapp💬
📌: Bakı şəhəri, Nəsimi ray, 4MR Asif Məhərrəmov küçəsi 174.
("Kapital bank"ın arxası, M.Əcəmi mst.yaxınlığı)
📩: office@butm.az / www.butm.edu.az

#englishtextbook #englishcourse #shortstories #sexsiinkisaf #hazirliqkurslari #ertebazar #bazаrertesi ❄️#ingilisdili #dilkursları #ielts #ieltshazırlığı #studyabroad #xaricdətəhsil #ieltstrainer #ieltspreparation #english #studyabroad
Daha çox… Instagram-da davam edin

Facebook

Baku Universal Training Center
Əlaqə
Bakı ş. Asif Məhərrəmov küç.175
+994 55 424 09 10
office@butm.az
© 2023 Bakı Universal Tədris Mərkəzi | Bütün hüquqları qorunur: "Bakı Universal Tədris Mərkəzi MMC"